Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsi yaradılacaq

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.

Olaylar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı nazirliyin planları var və müvafiq qurumlarla razılaşmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31