Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq etdi
11 Dekabr 2023 14:29 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Tətbiq yeniləmələri cihazlarımızın təhlükəsizliyində mühüm rol oynayır və bu da həssas məlumatlarımızın daha yaxşı qorunması ilə nəticələnir.
Olaylar.az Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir ki, tətbiqləri ən son versiyaya yeniləmədikdə kiberdələduzlar tətbiqlərin cari versiyasındakı boşluqlardan yararlanaraq, cihazınızı və fərdi məlumatlarınızı ələ keçirə bilərlər.
"Bu səbəbdən tətbiqləri mütəmadi olaraq ən son versiyaya yeniləməyi və cihazınızda artıq istifadə etmədiyiniz tətbiq varsa, onları silməyi tövsiyə edirik", - qurumdan bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31