Azərbaycanda 2024-cü ilin qeyri-iş günləri məlum oldu
9 Dekabr 2023 11:16 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycanda 2024-cü ilin qeyri-iş günləri açıqlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı "2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarda qeyd edilib.
Qərara əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan Bayramı, iyunun 16,17-si Qurban bayramı müəyyən edilib.
Əmək Məcəlləsinə əsasən, bu qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31