"Loru" danışmaq sadəliyə dəlalət etmir-Elçin İsmalıyov- ÖZƏL

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Olaylar.az-a açıqlamasında  televiziya  və  radioda, həmçinin çap  və  elektron  mediadakı  müsahibələrdə  dilin ifrat dərəcədə  bəsitləşdirilməsi  ilə  bağlı   fikirlərini bildirib: "Dili sadələşdirmək adı altında dilin qayda-qanunları pozulur, bəzən dilimizi geri sürükləyən hallar baş verir. Televiziya kanallarında, müəyyən yığıncaqlarda, simpoziumlarda sadə, səviyyəsiz, loru danışmaq insanın yaxşı danışmağına, sadəliyinə dəlalət etməz. Ümumiyyətlə sadə sözünü biz belə müsbət qarşılayırıq, amma hər zaman sadəlik müsbət hal deyil. Bəzən gözəllik, estetikaya daha çox fikir vermək lazımdır. Məsələn, televiziya kanallarından birində  olarkən, qonaqlardan biri bizim   rus dilindən keçən bəzi sözləri, yəni vulqarizmləri, deyək ki, "prosta", "temboli" və s.niyə qadağan etdiyimizi soruşdu. "Xalq bunu işlədirsə, elə belə də olmalıdır." Bax, Azərbaycanda bu cür deletant  yanaşmalar var. Dilimizdə olan sözlərin getdikcə kökə qayıtması məsələsinə də fikir vermək lazımdır. Məsələn, qonşu türk dillərindən, dialektlərdən, Azərbaycanın klassik ədəbiyyat nümunələrindən, türkcə, azərbaycanca olan sözləri seçib, tətbiq etmək, onları yavaş-yavaş ədəbi dilimizə gətirmək lazımdır. "Loru" danışmaq əvəzinə, bunları etmək lazımdır ki, dil yad sözlərdən təmizlənsin."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31