Uşaqları kibertəhlükələrdən necə qorumaq olar?

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bəzən uşaqlar onlayn dünyada qarşılaşdıqları bəzi halların təhlükəli olduğunun fərqində olmaya bilərlər. Buna görə də onların təhlükəsizliyinin təmin edilməsi məhz valideynlərin üzərinə düşür.

Olaylar.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Uşaqları kibertəhlükələrdən necə qorumaq olar?

1) Uşaqlarınıza internetdə tanış olduğu şəxslərlə fərdi məlumatlarını bölüşməməli olduqlarını öyrədin;

2) Uşaqlar üçün uyğun olmadığını düşündüyünüz veb-saytlara girişi məhdudlaşdırın və zərərli hesab etdiyiniz tətbiqləri cihazlarından silin;

3) Uşaqlarınızın sosial media hesablarındakı paylaşımlarına və fəaliyyətlərinə mütəmadi nəzər yetirin;

4) Övladınızın cihazlarında antivirus proqramı olduğundan və əməliyyat sistemini mütəmadi olaraq yenilədiyinizdən əmin olun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31