Bakıda güclü zəlzələdə NİYƏ dağıntı baş vermədi? - SƏN DEMƏ...
7 Dekabr 2023 18:26 Sosial"Qardaş ölkə Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələdən sonra vətəndaşlar daha çox narahat olurlar".
Olaylar.az referans.az-a istinadən xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib:
"Nəzərinizə çatdırım ki, Türkiyədə baş verən zəlzələlərin dərinliyi 5-7-10 km aralığında idi. Bizdə isə zəlzələ 68 km dərinlikdə 51 saniyə baş verib. Buna görə dağıntı baş vermədi".
Qeyd edək ki, bu gün yerli vaxtla 08:16-da Xəzər dənizində 5.6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Bakıda güclü hiss olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31