Çoxmərtəbəli binaların struktur təməlinin dözümlülüyünü "zəlzələlərdən öncə" hansı yollarla müəyyən etmək olar?- ÖZƏL

Son zamanlar insanları təşvişə salan mövzulardan biri də zəlzələdir. Əsasən çoxmərtəbəli binalarda yaşayan əhali binaların zəlzələyə davamlılığından narahat olur, özlərini həyət evlərində daha güvəndə hiss edirlər. Çoxmərtəbəli binaların struktur təməlinin dözümlülüyünü "zəlzələlərdən öncə" hansı yollarla müəyyən etmək olar?
 Bu barədə əmlak eksperti Elnur Fərzəliyev Olaylar.az-a açıqlamasında bildirdi:
 "Son dövrlər yaxın ölkələrdə baş verən zəlzələlər içərisində ən şiddətlisi Türkiyədə baş verən zəlzələ oldu ki, onminlərlə insan həyatlarını itirdi və çox böyük yaşayış mossivləri demək olar ki, yerlə-yeksan oldu. Biz həmin görüntülərə baxarkən açıq şəkildə görsənir ki, həmin ərazilərdəki tikililərin keyfiyyəti normativlərdən çox aşağldır. Çünki Türkiyədə zəlzələ baş verən ərazilərdə, bütün ərtaflar darmadağın olsa da, lakin tam sağlam şəkildə qalan çox sayda çoxmənzilli yaşayış binaları var idi ki, bu onu deməyə əsas verit ki, keyfiyyətli binalar zəlzələyə dözümlü, keyfiyyətsiz binalarsa zəlzələyə davamsız olur. Türkiyədə baş verən həmin zəlzələdə daha çox insan itkisinə səbəb həmçinin binaların bir-birinə çox sıx şəkildə tikilməsi idi. Lakin ölkəmizdə, xüsusən paytaxt Bakı və digər böyük şəhərlərdəki çoxmənzilli yaşayış binalarına biz nəzər salsaq, Azərbaycan qanunvericiliyində tikintilərlə bağlı müvafiq qurumlar nəzarət edirlər. Müvafiq qurumlardam əsası Fövqəladə Hallar Nazirliyidir ki, hər hansı bir çoxmənzilli yaşayış binaları inşa olunarkən mütləq şəkildə sənədləşmələrdən sonra tikinti işlərinə başlanarkən aidiyyatı üzrə hər mərhələ və mərtəbədə  tikintinin layihə üzrə aparılmasına diqqət yetirilir, yoxlanışlar aparılır. Layihə üzrə armatur sayından tutmuş betonun keyfiyyətinə, markasına qədər yoxlama işləri aparılır. Tikilən binalara biz kənardan baxsaq, Bakıda olan yeni çoxmənzilli binalarda beton kolonlar demək olar ki, bütün binanı əhatə edir. Yəni bu da binanın öz möhkəmliyindən xəbər verir. Lakin təəssüflər olsun ki, xüsusən paytaxt Bakıda çox sayda qəzalı kimi qeydə alınmış köhnə çoxmənzilli yaşayış binaları var ki, onlar həm rəsmi qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb, həm də onlarda mövcud olan fəsadlar, qəzalı vəziyyət açıq şəkildə görsənir. Təbii ki bu binalar qəzalı kimi qeydə alınıb ki, həmin binalar sökülərək yeni tikili binalarla əvəzlənsin. Amma söküntü işlərini aparan sektor özəl şirkətlər olduğuna görə bunların sökülməsi prosesi tikinti şirkətlərinin demək olar ki, öz istəklərinə uyğun aparılır. O baxımdan düşünürəm ki, gələcəkdə hər hansısa bir təbii fəlakət, qəza baş verərsə ilk olaraq həmin qəzalı vəziyyətdə olan binalara böyük zərər dəyə bilər. O baxımdan o binaların söküləcəyi müddət bəlli olmadığına görə həmin binalarda mütləq şəkildə, əgər əhali köçürülməyibsə, təmir-bərpa işləri aparılmalıdır ki, söküldüyü zamana qədər insanlar rahat şəkildə öz evlərində yaşaya bilsinlər. Zəlzələ ilə bağlı bir çox problemli məsələlər də var ki, binalar arasında məsafələr və yaşayış mossivlərində mütləq şəkildə toplanış meydançaları, park kimi yerlər olmalıdır ki, hər hansı bir zəlzələ, yanğın hadisəsi baş verərkən insanlar həmin ərazilərə, toplanış meydanına yığışaraq təhlükədən uzaq olsunlar. Daha çox insanlarımız zəlzələ baş verən zaman fərdi həyət evlərinə müraciət edirlər ki, bu gün fərdi həyət evlərindən ibarət olan yaşayış mossivlərinin böyük əksəriyyəti də bir-birinə o qədər sıx şəkildə tikilib ki, təbii ki çox ciddi zəlzələ baş verərsə, dağıntı böyük olarsa həmin həyət evlərindən də çıxışda müəyyən problemlər yaranar ki, evlər bir-birinə yaxındı, hasarlar çox hündürdü, ki bu da insanların üzərinə aşıb çox ciddi fəlakətə yol aça bilər. Artıq uzun illərdir ki, Azərbaycan neft ölkəsidir, neft emal edir və zəlzələyə səbəb olan yeraltı proseslər, yəni neft, qaz və s. sərvətlər yerin altından çıxdığına görə ölkəmizdə zəlzələ olma ehtimalı çox azdır. Zəlzələ ehtimalı az olduğuma görə düşünürəm ki, insanların təşvişə düşməsinə elə də ciddi ehtiyac yoxdur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31