Sosial inkişaf proqramları regionların simasını tamamilə dəyişdirib
8 Dekabr 2023 15:31 Sosialİstiqamət: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olaraq regionların sosial-iqtisadi inkişafı da prioritet hesab olunur. Başqa sözlə, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı dövlət başçısının sərəncamlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Elə bu məqsədlə də ölkədə 4 Dövlət Proqramı müvəffəqiyyətlə həyata keçirilib. Heç şübhəsiz ki, sözügedən proqramlar regionların inkişafında mühüm əhəmiyyətə malik olub. Məlumat üçün qeyd edək ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda 3500-dən çox məktəb, 700-dən çox xəstəxana, 40-dan artıq Olimpiya Kompleksi tikilib istifadəyə verilib ki, bu da əhalinin rifah halının yüksəlməsinə xidmət edir.
Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları respublikanın bütün regionlarını əhatə etməkdədir. Artıq təkcə paytaxt Bakı deyil, eləcə də ölkənin bütün şəhər və rayonları, xüsusən işğaldan azad edilmiş ərazilərimiz inkişaf mərhələsini yaşayır. Etiraf edilməlidir ki, sözgedən inkişaf proqramları sırasında regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının xüsusi əhəmiyyəti var. Hazırda Azərbaycanda regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramının icrası həyata keçirilir. 2019-2023-cü illəri əhatə edən sosial-iqtisadi inkişafı proqramı çərçivəsində xeyli işlər görülüb. Qeyd edək ki, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Etiraf edilməlidir ki, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Sözün həqiqi mənasında respublikada həyata keçirilən regionları sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub. İndinin özündə də iqtisadiyyatın şaxələndirilməsi, regionların potensialının reallaşdırılması hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı həyata keçirilən strategiya və qəbul edilən dövlət proqramları bu istiqamətdə müstəsna rol oynamaqdadır. Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Ötən illər ərzində regionlarda minlərlə kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə minlərlə kilometr uzunluğunda içməli su xətləri çəkilib. Regionlarda 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, yüz minlərl əhali içməli su ilə təmin edilib. Minlərlə kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində minlərlə məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxmışdır. Bu kimi məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə, o cümlədən kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar siyasət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.