İki valideyn arasında konflikt olubsa, dövləti çağırmağa gərək yoxdur - Nazir

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Valideyn hansısa özəl bağçadan narazıdırsa, övladını həmin bağçaya göndərməyə bilər.

Olaylar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev özəl bağçalarla bağlı narazılıqla əlaqədar sualı cavablandırarkən deyib.

Nazir qeyd edib ki, kimlərinsə arasında konflikt olubsa, dövləti çağırmağa gərək yoxdur.

"Bunun üçün hansısa cəzalandırma mexanizmi yoxdur. Dövlət cinayət, inzibati pozuntu olduğu zaman müdaxilə edə bilir. Lakin iki valideyn, şəxs arasındakı münaqişəni dövlət həll edə bilməz", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31