Xroniki yorğunluğu necə aradan qaldırmaq olar?
4 Dekabr 2023 12:47 Sosial"Xroniki yoğrğunluğu aradan qaldırmaq üçün müalicənin əsası simptomları yaxşılaşdırmaqdır. Hər bir xəstəyə özəl müalicə yanaşması seçilməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmovun sözlərinə görə, ilk növbədə psixoloji dəstək verilməlidir, çox düşünməkdən, keçmişdə etmədiklərindən, gələcəyi həddindən artıq planlamaqdan çəkinmək lazımdır: "Gün ərzində yarım saat sürətli yerimək və 1.5-2 litrə qədər su içmək önəmlidir. İş mühiti və istirahəti düzgün qurulmalıdır. Qısa müddətli və tez-tez dincəlmə mühiti yaradılmalıdır. Bundan əlavə, pasient düzgün qidalanmanın əsas prinsiplərinə əməl etməlidir. Şirin və yağlı qidalardan mümkün qədər az istifadə olunmalıdır. Axşam yeməklərində daha çox tərəvəz və meyvə istifadəsi məqsədəuyğundur. Müalicə boyunca xəstə hər addımda yaxşılaşacağı ilə motivasiya edilməlidir".