Bakıda sonu görünməyən tıxac - VİDEO + FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bakıda güclü tıxac müşahidə edilir. Hazırda yüzlərlə maşın tıxacda qalıb. 

Olaylar.az yenisabah.az-a istinadən xəbər verir ki, tıxaca səbəb türkiyəli meqastar Tarkanın Azərbaycan paytaxtında konsert verməsidir. O, pərəstişkarları ilə Baku Crystal Hall  idman-konsert kompleksində bir araya gəlib. 

Ərazidə olan müaxbirimizin verdiyi məlumata görə, konsert başlamamışdan təxminən 2 saat əvvəl həmin istiqamətdə nəqliyyatın hərəkəri məhdudlaşıb. Hazırda həm şəhərdən çıxış, hən də paytaxta giriş istiqamətində dəhşətli sıxlıq var. Su İdmanı Sarayından başlayan tıxac "Dəniz Mall"a kimi davam edir. Yolun hər iki istiqamətində nəqliyyatın hərəkəti tamamilə iflic olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31