Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar müsabiqənin nəticələri elan olundu
25 Noyabr 2023 11:58 SosialProkurorluq orqanlarında qulluğa qəbulla əlaqədar cari ildə elan edilmiş müsabiqənin ikinсi - yazılı imtahan mərhələsinə yekun vurulub.
Olaylar.az-ın məlumatına görə, yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 72 namizəd tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31