1970-ci illərdə Kür çayında balıq ovu və kürü istehsalı - AzTV-nin arxivindən unikal görüntülər
24 Noyabr 2023 16:48 Sosial"Qiymətli balıq növlərilə zəngin olan Kür çayında ağ balıq yetişdirilir və ovlanılır".
Olaylar.az xəbər verir ki, bu barədə AzTV-nin "Qızın Fond"unda qorunan 1970-ci illərə aid arxiv materialında bildirilib.
Sujetdə müxtəlif vasitələrdən istifadə etməklə balığın tutulması və kürünün istehsalı prossesi göstərilib.
"Ağ balıq növlərindən kürü hazırlanır. Keyfiyyətini itirməsin deyə kürünü dərhal balığın qarnından çıxarırlar. Bu qiymətli kürü dünyada məşhurdur. Hər gün buradan ağ balıq məhsulu ilə dolu parovozlar yola düşərək Xəzən dənizidən keçib-gedirlər", - deyə sujetdə bildirilib.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:
https://www.youtube.com/watch? v=L01-rvlxgP8
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31