Xəzərdə “Ginnesin Rekordlar Kitabı”na düşəcək layihə: nazir mühüm detalları açıqladı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Yaşıl enerji sahəsində Azərbaycanın böyük potensialı var. Ətraf mühitin qorunmasına xüsusi önəm verən Macarıstan bu potensialı nəzərə alaraq Azərbaycanla bağlı planları var".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasında (AzTV) canlı yayımlanan "Əsas məsələ" verilişində qonaq olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Macarıstanın Azərbayanın yaşıl enerji sahəsinə investisiya qoymaq niyyəti var: "Azərbaycanın həm quruda, həm də Xəzər dənizində külək enerjisindən istifadə etmək planı var. Bu enerjini Avropa bazarlarına çıxarmaq lazımdır. Bununla bağlı "Yaşıl dəhliz" adlı layihə var. Həmin layihəyə əsasən yaşıl enerjini Avropaya çatdıracaq xətt 2000 km uzunluğunda olacaq ki, onun da yüzlərlə kilometri dənizin dibi ilə gedəcək. Odur ki, Xəzərdən başlayacaq bu layihə "Ginnesin Rekordlar Kitabı"na düşəcək". 

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

https://www.youtube.com/watch? v=dCNgAfRdvDE

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31