“Nəfəslə niyə evlənim, onu alan-alıb!” - VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Müğənni Pünhan Piriyevin aparıcının "Nəfəslə ailə qur" deməsinə verdiyi cavab  birmənalı qarşılanmayıb.

Olaylar.az xəbər verir ki, "Həmin Zaur" verilişinin qonağı olan ifaçı həmkarı Nəfəslə ailə qurmaq istəmədiyini bildirib:

"Nəfəsi alan alıb artıq. Onu alıblar, həm də yaşım azdır. Təzədən Nəfəsi niyə alım ki?! Yaxşı, Zaur, sən Allah, nəslin-kökün içində hamının mənə hörməti-izzəti var. Müğənni almaram. Qardaş, müğənni almıram! Nəfəsi niyə alım, o dostumdur. Sən aranı qızışdırırsan. Nəfəsi alan alıb, toyu olub, mən təzədən onu necə alım?"

Zaur Kamal isə cavabında Nəfəsin subay olduğunu deyib:

"Nəfəs subaydır. Allah bəxtini-taleyini gözəl etsin. Heç gör Nəfəs sənə gələrmi?" (yenisabah.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31