FHN metronun “8 Noyabr” stansiyasında təlim keçirəcək
23 Noyabr 2023 23:10 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Fövqəladə Hallar Nazirliyi ilə "Bakı Metropoliteni" QSC metronun "8 Noyabr" stansiyasında "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili" mövzusunda 24 noyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31