Əli Əsədov general İqbal Babayevi yüksək vəzifəyə TƏYİN EDİB - FOTO
23 Noyabr 2023 20:51 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Dövlət Gömrük Komitəsi sədrinin keçmiş müavini, general İqbal Babayev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Olaylar.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov təsdiqləyərkən deyib.
O qeyd edib ki, bununla bağlı Baş nazir Əli Əsədov oktyabrın 31-də sərəncam imzalayıb.
Xatırladaq ki, İ. Babayev ötən ilin sonunadək Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31