Bərdədə baş verən hadisə araşdırılır - RƏSMİ
23 Noyabr 2023 15:28 SosialProkurorluq Bərdədə evin döşəməsinin çökməsi faktını araşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, faktla bağlı araşdırma gedir, əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə bu gün rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb, 23 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31