Sosial islahatlar paketi əhalinin 4 milyondan çoxunu əhatə edib - Nazir
22 Noyabr 2023 10:35 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Bakıda "DOST Mərkəzi"də yerləşir.
Olaylar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin açılış tədbirindəki çıxışında bildirib.
"Hər bir ölkə bu mərkəzə qoşula bilər. Artıq 10 ölkə mərkəzin nizamnaməsini imzalayıb. Sabah üç ölkənin imzalaması gözlənilir. Bu mərkəzin yaradılması islam ölkələrində əmək sahəsində sıx əməkdaşlığa böyük töhfə verəcək.
Azərbaycan əmək və məşğulluq sahəsində çox işlər görüb. Dörd il ərzində ümumilikdə sosial islahatlar paketi əhalinin 4 milyondan çoxunu əhatə edib. Bu islahatlar gələcək illərdə də davam edəcək",- deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31