Ermənistan parlamentində insident: Müxalifətçi deputat zaldan çıxarılıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin 27 oktyabr iclasında insident yaşanıb. İclasa sədrlik edən Ruben Rubinyanın tələbi ilə zala dövlət mühafizə xidmətinin əməkdaşları daxil olub. İnsident müxalifətçi deputat Edqar Qazaryanın Rubinyanı tənqid edən çıxışı zamanı baş verib. Rubinyanın gündəliyə uyğun çıxış etmək barədə dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan deputatın əvvəlcə mikrofonu söndürülüb, ardından isə mühafizəçilər vasitəsilə yerinə oturdulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31