BMT: El-Ninyo ilin sonunadək pik həddə çatacaq-ÖZƏL
11:01 DünyaBMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) proqnozuna görə, El-Ninyo fenomeni 2026-cı ilin sonlarında pik həddə çatacaq, təsirləri isə daha uzun müddət davam edəcək. Olaylar.az xəbər verir ki, ÜMT-nin baş katibi Seleste Saulo bildirib ki, fenomen qlobal temperatur və yağıntı rejiminə ciddi təsir göstərə bilər. Bu, bəzi bölgələrdə quraqlıq və istilik dalğalarına, digərlərində isə güclü yağışlara və daşqınlara səbəb ola bilər.
Təşkilatın məlumatına görə, Cənub-Şərqi Asiyada isti hava və yağıntının azalması kənd təsərrüfatı və su təchizatına mənfi təsir göstərə, Şərqi Afrikada isə daşqın riskini artıra bilər. Cənubi Afrikada və Amazon hövzəsində quraqlıq təhlükəsinin güclənəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31