Ermənistan parlamentində dördgünlük iclaslar başlayıb: Gündəlikdə 12 məsələ var – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentində növbəti dördgünlük iclaslar öz işinə başlayıb. Gündəliyə ümumilikdə 12 məsələ daxil edilib ki, bunlardan yalnız biri ikinci və yekun oxunuşda müzakirə olunacaq.

Müzakirə olunan məsələlər arasında Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyasının üzvlərinin seçilməsi, Hökumətin strukturu və fəaliyyəti haqqında qanuna dəyişikliklər, Mərkəzi Bank Şurasının və Audit Palatasının üzvlərinin seçilməsi, eləcə də Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət və investisiya sazişinin ratifikasiyası yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31