Zaqatala sakinindən qanunsuz saxladığı odlu silah götürüldü - FOTO
21 Noyabr 2023 20:29 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Olaylar.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31