Uşaqların hüquqlarını qoruyaq! - Komitə sədri çağırış etdi - ÖZƏL

20 noyabr Ümumdünya Uşaq Hüquqları Günü kimi qeyd edilir. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edilib:
"Ümumdünya Uşaq Hüquqları Günündə uşaqların hər cür istismardan uzaq, sevgi və sülh ilə əhatə olunduqları bir dünyada yaşamalarını diləyirik!  Onların qayğısına qalaq, daim üzlərini güldürək və hüquqlarını qoruyaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31