Ermənistan parlamentində TRIPP razılaşması müzakirə olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisində "Trampın beynəlxalq sülh və rifah marşrutu" (TRIPP) layihəsi üzrə Ermənistan və ABŞ arasında Strateji Əməkdaşlıq çərçivə sazişinin təsdiqlənməsi müzakirə edilib. İclasda müxalifətçi deputat Kristine Vardanyan xarici işlər naziri Ararat Mirzoyana müraciət edərək, Ermənistanın Azərbaycan üçün maneəsiz keçid öhdəliyinə qarşılıq olaraq, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin hansı sənəddə dəqiq əks olunduğunu soruşub.

Mirzoyan cavabında məsələyə daha qlobal yanaşmağı təklif edib. O bildirib ki, Ermənistan Azərbaycan ərazisi və infrastrukturu vasitəsilə üçüncü ölkələrlə, eləcə də Azərbaycanın özü ilə əlaqə yaradacaq, həmçinin ölkənin şimal və cənub regionları dəmir yolu ilə birləşəcək. Nazir vurğulayıb ki, Ermənistan artıq bu gün də Azərbaycan ərazisindən yükdaşımalar üçün istifadə edir. O, ABŞ və Ermənistan arasında bağlanan ikitərəfli sazişdə üçüncü bir ölkənin öhdəliklərinin əks olunmasının mümkün olmadığını da əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31