Ermənistanda biznesmen Narek Nalbandyana qarşı cinayət işi başladılıb – ÖZƏL
14:55 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu biznesmen Narek Nalbandyana və David Qazaryana qarşı cinayət təqibinin başladıldığını təsdiqləyib. Nalbandyan xüsusilə böyük həcmdə əmlak ziyanı vurmaq məqsədilə antikonkurent fəaliyyətdə, Qazaryan isə eyni əməllə yanaşı, həm də hədə-qorxu ilə tələb etmədə ittiham olunur.
Cinayət işi biznesmenin sahibi olduğu "88" supermarketlər şəbəkəsinin fəaliyyəti ilə bağlıdır. Bundan əvvəl Baş nazir Nikol Paşinyan Nalbandyanın onun ailəsinə yaxınlığı barədə gəzən şayiələrə kəskin reaksiya verərək, hüquq-mühafizə organlarına məsələni araşdırmağı və bu cür iddialara qarşı ən sərt tədbirlərin görülməsini tapşırmışdı.
2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Narek Nalbandyan sabiq spiker Hovik Abrahamyanın həbsdə olan malikanəsini, keçmiş gömrük rəisi Armen Avetisyanın "Golden Palace" otelini və son olaraq "Hrazdan Ciment" zavodunu alması ilə mütəmadi olaraq ölkə gündəminə gəlib.