FT: Avropa Komissiyası Frontex-in insan hüquqları pozuntularını araşdırmaq səlahiyyətini məhdudlaşdırmaq istəyir-ÖZƏL

Avropa Komissiyası sərhəd nəzarəti agentliyi Frontex-in milli sərhəd xidmətlərinin insan hüquqları pozuntularını araşdırmaq səlahiyyətlərini məhdudlaşdırmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, Financial Times bu barədə mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Avropa komissarı Maqnus Brunner Frontex-in qeyri-qanuni miqrantların geri qaytarılması və Avropa İttifaqından kənarda əməliyyatlar aparılması üzrə səlahiyyətlərini genişləndirmək istəyir.
Yeni qaydalara əsasən, Frontex əməliyyatlarında iştirak edən milli hüquq-mühafizə orqanlarının mümkün insan hüquqları pozuntuları ilə bağlı məlumatlar müvafiq ölkələrin hakimiyyət orqanlarına ötürüləcək. Mənbələr bildiriblər ki, islahat agentliyin üzv dövlətlərin fəaliyyətinə müdaxiləsini azaltmağı hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31