Dağıstanın sosial media hesabları botlarla dolub - ÖZƏL
4 Noyabr 2023 12:18 Sosial"Botlar bölgənin hava limanında baş verən son hadisələrlə bağlı təhqiramiz şərhlər və tənqidlərlə Dağıstanın sosial media hesablarını doldurub".
Olaylar.az xəbər verir ki, bunu Dağıstanın Regional İdarəetmə Mərkəzinin rəhbəri İslam Musayev bildirib.
"Regional sosial şəbəkələrdə Qafqaz regionu üçün xarakterik olmayan adlarla istifadəçilərin qeyri-üzvi şərhlərinin, region sakinlərinin ünvanına təhqiramiz şərhlər yazan, onların hava limanında hərəkətlərini tənqid edən xeyli sayda botların olmasını qeydə alırıq" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31