Zəfər gününə həsr olunmuş Şahmat yarışı keçirilib - ÖZƏL
4 Noyabr 2023 09:47 Sosial8 Noyabr Zəfər günü ilə əlaqədar, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə Bozayran kənd tam orta məktəbində Şahmat yarışı təşkil edilib. Olaylar xəbər verir ki,tədbirdə Şəhidlərin əziz xarirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Bozayran kənd tam orta məktəbinin Uşaqlarla Sinifdənxaric və Məktəbdən kənar Tərbiyə işləri üzrə təşkilatçı müavini Elmar Sadiyev çıxış edib. Elmar müəllim həm birinci Vətən müharibəsi, həm də ikinci Vətən müharibəsi haqda şagirdlərə geniş məlumat verib.
Sonra yarış açıq elan edilib.
Qaliblər Zəfər Qələbəmizi əks etdrən müxtəlif hədiyyələrlə təltif ediliblər.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31