Türk Dövlətləri Təşkilatından bəhs edən kitab işıq üzü görüb- ÖZƏL
4 Noyabr 2023 09:41 Sosial"XXI əsrin parlayan ulduzu: Türk dövlətlərinin təşkilatı" kitabı çap edilib.
"OLAYLAR" Türkiyənin Prezident Administrasiyasının İnformasiya və Kommunikasiya İdarəsinə istinadən bildirir ki, sözügedən qurum tərəfindən tərtib edilən kitab Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qazaxıstanın paytaxtı Astanada keçirilən 10-cu Zirvə Toplantısı üçün xüsusi olaraq hazırlanıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın giriş sözü yazdığı kitabda Türkiyənin keçmişdən bu günə dostluq və qardaşlıq telləri ilə möhkəmlənən Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bir çox sahədə əlaqələri ətraflı şəkildə oxucuların diqqətinə çatdırılır, iqtisadiyyatdan mədəniyyətə, nəqliyyatdan enerjiyə, səhiyyədən təhsilə, mediadan elmə və texnologiyaya qədər müxtəlif sahələrdə qurulan əməkdaşlıqdan danışılır.
Kitab 3 hissədən ibarətdi. "XXI əsrin parlayan ulduzu: Türk dövlətlərinin təşkilatı" kitabında Azərbaycanın 6 fevralda baş verən dağıdıcı zəlzələ zamanı göstərdiyi humanitar təşəbbüsündən, Türk dövlətləri və xalqlarının epidemiya dövründə, İkinci Qarabağ müharibəsindəki həmrəyliyindən bəhs edilir.