Azyaşlı qızların ailə qurması faktı azalıb
25 Oktyabr 2023 11:31 Sosial"Son illər qanunla yaşı azaldılmış nikaha girən qızların sayı azalır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədri qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin daha artmasına ehtiyac var: "Bizi narahat edən məsələ məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır. Təhlillər də göstərir ki, qadın və uşaqlar, eləcə də kişilər daha çox ailə üzvləri tərəfindən zorakılığın bu və ya digər formalarına məruz qalırlar. Qanunlar qəbul edirik, amma onun icra mexanizmi ya zəifdir, ya da çevik deyil. Bu sahədə də təkmilləşdirməyə ehtiyac var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31