O boyda salon, o boyda qonorar, o qədər insan. 400 manata bilet... 40 minə müsahibə... Nəyə?
25 Oktyabr 2023 11:06 SosialMüğənni, bəstəkar Murad Arif türkiyəli iş adamı, TV8 kanalının rəhbəri Acun Ilıcalı tənqid edib.
Olaylar.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb: "Acundan nəyi öyrənməyi planlaşdırırdınız? TV-yə gəlib, müxbir olub, çox işləyib, yaxşı şərikləri olub, lisenziyalı 2-3 layihə alıb, göstərib, vse. Adam ağzını açanda bilirsən ki, nə dərinlik, nə də elmi yoxdur. O layihələri özü düşünsə, özü yaratsa dərd yarı. O boyda salon, o boyda qonorar, o qədər insan. 400 manata bilet... 40 minə müsahibə... Nəyə? Paxıllıq etmirəm. Sadəcə "öz yurdunda peyğəmbər olamaz" düşüncəsi ən çox Azərbaycanda var. Əzikik".
Qeyd edək ki, Acun İliçalı bir neçə gün öncə Bakı Konqres Mərkəzində "İnnovativ inkişaf, startaplar və fürsətlər" adlı tədbirə qatılıb.Bakupost.az