Sülhməramlıların bir ay ərzində 24 məntəqəsi bağlanıb

Rusiya sülhməramlılarının sentyabrın 19-dan 24 müşahidə məntəqəsini bağlanıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi əlavə edib ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi ilə birgə 2 məntəqə da daxil olmaqla 6 məntəqə quraşdırılıb.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31