Bəzi ürək xəstəlikləri bundan yarana bilər
21 Oktyabr 2023 17:47 SosialAraşdırmalara görə həddindən artıq spirtli içki qəbul etmək ani ürək döyüntüləri yaradır, ürək və damar xəstəliklərinə, daha sonra isə ürək çatışmazlığına və iflic riskinə gətirib çıxarır.
Olaylar.az aif.ru-a istinadən xəbər verir. Rusiyalı kardioloq və ürək-damar cərrahı Aleksey Utinin fikrincə, həddən artıq spirtli içkidən istifadə insult da daxil olmaqla ciddi fəsadlara səbəb ola biləcək təhlükəli sindromun mövcudluğundan xəbər verə bilər. Kifayət qədər yayılmış atrial fibrilasyon ürək ritminin pozulması xəstəliyi olaraq bilinir. Simptomları əsasən yorğunluq və nizamsız ürək döyüntüləridir. Atrial fibrilasyon, bəzi hallarda, döş sümüyünün arxasında ağrı və ya təzyiq, başgicəllənmə, nəfəs darlığı, artan tərləmə və qızdırma ilə də xarakterize olunur. Bu xüsusiyyətlər fərddən fərdə dəyişir. Xəstəlik irəliləyən zamanlarda insulta səbəb ola bilər. Kordioloqun dediyinə görə atrial fibrilasiyanın əsas fəsadı qan laxtalanmasıdır. Qan laxtaları adətən sol atriumda əmələ gəlir. Əgər onlar qopsa, sol mədəciyə, sonra isə arterial dövrəyə keçəcəklər. Utin qeyd edib ki, atriumda əmələ gələn qan laxtası "çırpınma" halları ilə özünü göstərir, bu zaman dərhal xəstəxanaya getmək tövsiyə olunur.