Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2023-cü il ərzində 193 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Almaniya, İsveç, Avstriya və digər ölkələrdən geri qəbul edilmiş şəxslərdir.