Hər kəs öz hüquqlarını öyrənməli, bilməlidir - ÖZƏL
19 Oktyabr 2023 15:00 Sosial"Hər bir dövlət insan hüquqlarını və azadlıqlarını təmin etməyə borcludur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. Hüquqşünas bildirib ki. bu məsələdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların özünün üzərinə məsuliyyət düşür:
"Söhbət ondan gedir ki, hər kəs ilk növbədə öz hüquqlarını öyənməli, bilməlidir. Belə olan halda hüquq pozuntusu faktları ciddi şəkildə azalır".
Əli İbrahimov deyib ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir:
"Tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur. Demokratik proseslərin və milli inkişafın, ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir".