Qobuda tibbi aksiya keçirildi - FOTO
18 Oktyabr 2023 18:44 SosialAbşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Qobu Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib.
Olaylar.az bildirir ki, səstəxanadan verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə keçirilən aksiyaya vətəndaşların yararlanması üçün uroloq, kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, cərrah, qastroentroloq ixtisası üzrə həkimlər cəlb edilib, ultrasəs(USM), elektorkardioqramm(EKQ), laboratoriya və s. kimi xidmətlərlər göstərilib.
Aksiyada qəsəbə sakinləri ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar.
Aksiyada 100-dən çox qəsəbə sakini yararlanıb.










Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31