Dərs vəsaitlərinin pdf variantı olsun - ÖZƏL
17 Oktyabr 2023 14:26 SosialYeni tədris ili başlayar-başlamaz məktəblərdə şagirdlərlə müəllimlər, yaxud valideynlə müəllim arasında iş dəftəri problemi yaşanmağa başlayır. İş dəftərlərinin nisbətən çox olması və qiymətinin ildən-ilə artması şagirdin onu ala bilməməsi, nəticə etibarilə keyfiyyətli təhsildən uzaq qalması ilə sonuclanır.
"OLAYLAR"-ın xəbərinə görə, tarixçi Rəfail Eminov isə bu problemin həllinin yolunu tapıb. Daha doğrusu tarixçi sözügedən problemin aradan qaldırılması üçün xarici ölkə təcrübəsindən yararlanmağı tövsiyə edib. Rəfail Eminov da hesab edir ki, dərs vəsaitlərinin pdf variantı internetdə olmalıdır. Onun sözlərinə görə, Rusiyada bütün dərs vəsaitlərinin hamısının, hətta kurslarda istifadə olunan əlavə vəsaitlərin hamısının pdf varianti internetdə mövcuddur:
"Hər hansi bir kitabı, iş dəftərini satişda tapmayanda və ya almağa imkan olmayanda, çox rahatlıqla internetdə tapib endirib printerdən çıxarmaq mümkündür".