Dənizdə dalğanın hündürlüyü 3.6 metrə çatıb
17 Oktyabr 2023 14:01 SosialOktyabrın 17-si saat 13:00-a olan məlumata əsasən, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.
Bu barədə Olaylar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, küləyin maksimal sürəti arabir Naftalanda 30 m/s, Mingəçevirdə 26 m/s, Ağstafada 20 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 25-30 m/s-dək güclənib.
Neft Daşları stansiyasının verdiyi məlumata əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31