Bu gün bu rayonda qaz olmayacaq
17 Oktyabr 2023 10:26 SosialBu gün Binəqədi rayonunun bəzi qəsəbələrində qaz olmayacaq.
Bu barədə Olaylar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Xırdalan" Qaz Paylayıcı Stansiyasında (QPS) "BMSK (Xırdalan QRS)" ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan oktyabrın 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31