Bu il 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlanılıb

2023-cü ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BQXK-nın keçirdiyi tədbirdə məlumat verilib.

Bildirilib ki, bundan başqa aidiyyəti dövlət qurumlarına itkin düşmüş şəxslərin ailələrinə cavabların verilməsində dəstək göstərmək məqsədilə BQXK texniki tövsiyələrini bölüşməklə və fərqli ləvazimatların ianəsi vasitəsilə 3 rayonda aparılmış ekshumasiya layihələrinə dəstək göstərib.

Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31