Sabah bu ərazilərdə qaz olmayacaq
16 Oktyabr 2023 21:30 Sosial"Xırdalan" QPS-də "BMSK(Xırdalan QRS)" ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan 17.10.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bu haqda "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31