Bir həftəyə Qarabağda 581 mina aşkarlanıb
16 Oktyabr 2023 18:46 Sosialİşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.10.2023 - 15.10.2023) açıqlanıb.
Olaylar.az bildirir ki, ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 496 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 1732 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 631 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31