Qulaq cingildəməyi nədən yarana bilər?
16 Oktyabr 2023 14:50 Sosial"Qulaq - insanın eşitmə və müvazinət orqanıdır. Bütün informasiyaları bu orqandan beyinə VIII cüt sinir ötürür. Səsi nəql edən və ya qəbul edən aparatın pozulmasından asılı olaraq eşitmə zəifliyi iki tipdə olur. Konduktiv tip - səskeçirmə, sensonevral isə səs qəbul edən aparatın patologiyasıdır.Daxili qulaqdan başlayaraq beyin qabığının nüvələrində bitən eşitmə aparatı səs keçirmə aparatı mürəkkəb anatomik quruluşa malikdir. Belə ki, səs dalğaları səsi keçirmə aparatını hərəkətə gətirib keçərək daxili qulağa çatır və səsi qəbul etmə funksiyası prosesə qoşulur". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahiansözlərinə görə, bu mürəkkəb prosesin pozulması nəticəsində ağıreşitmə ilə bərabər qulaqlarda səs və küy əmələ gəlir. Bunlar müxtəlif cingiltilər formasında olur və bir sıra xəstəliklər zamanı müşahidə olur: "Bu cingiltilər eyni zamanda səskeçirmə və səs qəbul etmə aparatların xəstəlikləri zamanı rast gəlinir. sensonevral ağıreşitmə və karlıq;
Menyer xəstəliyi; otoskleroz; adgeziv otit və timpanoskleroz; eksudativ otit;
kəskin orta otit; qulaq tıxacı.
Qeyd etmək vacibdir ki, əlavə səslər qulaq xəstəliklərindən başqa digər patologiyalar zamanı da müşahidə olunur. Məsələn, hipertoniya xəstəliyində, boyun fəqərələrinin osteoxondrozu zamanı, beyinin xoş və bəd xassəli xəstəlikləri, kəllə-beyin travmalarından sonra. Sadalanan xəstəliklər zamanı cingiltiyə səbəb innervasiyann və qan təchizatının pozulmasıdır".