Qulaq infeksiyasının yaranma səbəbiləri hansılardır?

"Qulaq xarici, orta və daxili olmaqla 3 hissədən ibarətdir. Qulağın anatomik quruluşuna görə, infeksiyaların yaranma səbəbləri və yayılma yolları müxtəlifdir. Belə ki, qulaqda infeksiya 5 yolla yayıla bilər". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahiansözlərinə görə, həmin səbəblər aşağıdakılardan ibarətdir: "Xarici qulaq keçəcəyindən (transmeatal yol). Xarici və orta qulaq arasında yerləşən təbil pərdəsi sərhəd rolunu oynayır. Təbil pərdəsinin tamlığı pozulan zaman pərdədə perforasiya olduğu üçün, infeksiya xarici qulaqdan orta qulağa yayıla bilər.

Burun-udlaqdan eşitmə borusu vasitəsi ilə (rino-tubar yol). Orta qulaq Yevstax borusu adlanan eşitmə borusu vasitəsi ilə burun-udlaqla birləşir. Əksər hallarda infeksiya qulağa burundan yayılır. Burun mənşəli səbəblərə uşaqlarda adenoid, burunətrafı ciblərin iltihabı xəstəlikləri (kəskin və xroniki sinusitlər), burun polipləri, burun çəpərinin əyriliyi, rinitlər, xroniki tonzillit və bir sıra digər xəstəliklər aiddir.

Qanda olan infeksiya vasitəsi ilə (hematogen yol);

Limfada dövr edən infeksiya vasitəsi ilə (limfogen yol);

Travmatik yolla. Qulağın açıq və qapalı zədələnməsi və kəllə-beyin travmaları zamanı infeksiya qulağa yayıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31