Müəllimlərin sertifikatlaşdırılması prosesi bitib - Nəticələr yaxın günlərdə açıqlanacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesi bitib, nəticələr yaxın günlərdə açıqlanacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 8 sentyabr-14 oktyabrda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib. Müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə tədris prosesi yenidən təşkil olunub. Sözügedən təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər oktyabrın 14-də sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31