Pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşların kapitalı hara gedir? - Nazir AÇIQLADI

Pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşların kapitalı ilə bağlı sual veririldi. Pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən "Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, məhz o da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır.

"Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni o kapitalı heç bir yerə itmir. O kapital əmək qabiliyyətli şəxslərin pensiyasının ödənilməsinə gedir", - deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31