Sentyabr ayında ən çox satılan avtomobil markaları açıqlanıb- ÖZƏL
13 Oktyabr 2023 10:46 SosialOlaylar.az ensonhaber.com-a istinadən xəbər verir ki, sentyabr ayında Türkiyənin avtomobil və yüngül ticari avtomobil bazarında ilk üçlükdə olan avtomobil markasının adı açıqlanıb. Məlumata əsasən Fiat, Renault və Ford markaları ən çox satılan brendlər hesab edilib.
Avtomobil Distribyutorları və Hərəkətlilik Dərnəyinin məlumatına görə ötən ilin sentyabr ayının göstəriciləri ilə müqayisədə bu ilki satışlarda nəzərəçarpan artım müşahidə olunub. Qeyd edilib ki, bu satış bütün zamanların ən yüksək sentyabr satışıdır. Mənbədə həmçinin ən çox satılan 5 avtomobil markasının hər birinin ayrı-ayrılıqda satış sayı da qeyd edilib. Belə ki, sentyabrda ən çox avtomobil satan marka 11 min 722 satışla Fiat, 9 min 756 satışla Renault, 5 min 636 satışla Chery, 4 min 857 satışla Volkswagen, 4 min 700 avtomobil satışla isə Tesla olub.