Sentyabr ayında ən çox satılan avtomobil markaları açıqlanıb - ÖZƏL

Olaylar.az ensonhaber.com-a istinadən xəbər verir ki,  sentyabr ayında Türkiyənin avtomobil və yüngül ticari avtomobil bazarında ilk üçlükdə olan avtomobil markasının adını açıqlayıb. Məlumata əsasən Fiat, Renault və Ford markaları ən çox satılan brendlər hesab edilib. 

Avtomobil Distribyutorları və Hərəkətlilik Dərnəyinin ötən aydakı məlumatlarına görə, Türkiyənin avtomobil və yüngül ticari avtomobillərin cəmi satışları 2022-ci ilin sentyabr ayına görə yüzdə 55,9 artaraq 96 min 793-ə çatıb. Bu satış göstəricisi ötən ilin sentyabr ayına görə yüzdə 76,7 artaraq 78 min 971 ədədə, yüngül ticari vasitə satışları isə yüzdə 2,4 artaraq 17 min 822 ədədə çatdı. 

Bildirilib ki, bu satış bütün zamanların ən yüksək sentyabr satışı kimi qeydə alınıb. Mənbədə həmçinin ən çox satılan 5  avtomobil markasının hər birinin ayrı-ayrılıqda satış sayı da qeyd edilib. Belə ki, sentyabrda ən çox avtomobil satan marka 11 min 722 satışla Fiat, 9 min 756 satışla Renault, 5 min 636 satışla Chery, 4 min 857 satışla Volkswagen, 4 min 700 avtomobil satışla isə Tesla olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31