Şəhidin yeni doğulan övladının xərclərini “YAŞAT” Fondu qarşıladı

"YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir.

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sentyabrın 19-20-də Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Süleyman Mehdiyevin Mingəçevir şəhərində doğulan övladı Oksananın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Həmin məqsədlə min manat vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

"Onlar bizə əmanət" layihəsi indiyədək 110 şəhid övladını əhatə edib.

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31